"Bakı ilə İrəvan arasında heç bir tərəf tutmuruq" - Lavrov
"Moskva Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi məsələsində heç bir tərəf tutmur".
Xeberlent.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN rəhbəri bildirib ki, Moskva ilk növbədə vəziyyətin normallaşmasında və qardaş xalqlar arasında mehriban qonşuluq münasibətlərində dərindən maraqlıdır.
"Belə çıxır ki, Cənubi Qafqaz məsələsində və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərində sualınıza əsaslanaraq, sizdə belə təəssürat yaranır ki, biz bir tərəfi tuturuq. Amma belə deyil", - deyə o, bu barədə sual verən jurnalistə deyib.